RU

İran-İsrail müharibəsinin 9-cu günü: Hücumların yeni dalğası başlaydı

İyunun 13-də İsrailin Tehrana hücumu və İranın cavab hücumları ilə başlayan müharibə 9-cu gününə qədəm qoyub.

Bakıvaxtı.az-ın məlumatına görə, İsrail ordusu İranın qərb və mərkəzi bölgələrində hərbi infrastruktura zərbələr endirib. İran da gecə saatlarında Təl-Əvivə ballistik raketlərlə hücum edib.

İran dövlət televiziyasının məlumatına görə, İsrail Qumun Salariya məhəlləsinə hücum edib.

Mülki binanın vurulduğu hücumda 16 yaşlı yeniyetmə həlak olub.

Hücum zamanı 2 nəfər yaralanıb.

İsrail mətbuatı isə İrandan 10-a yaxın raketin atıldığını bildirib.

İsrail fövqəladə hallar xidmətləri birbaşa zərbələr və ya xəsarət alanlar barədə məlumat almadıqlarını açıqlayıb.

Sosial mediada hava hücumundan müdafiə sistemlərinin gələn raketləri ələ keçirməsi və qəlpələrin bir evin damında yanğın törətməsi ilə bağlı görüntülər paylaşılıb.

Murad Məmmədli

Избранный
10
1
bakivaxti.az

2Источники