RU

Klublararası dünya çempionatı: Çelsi uduzub, Benfika 6 cavabsız qolla qalib gəlib

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 iyun, AZƏRTAC

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında daha iki oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, D qrupunda İngiltərənin "Çelsi" klubu Braziliya "Flamenqo"su ilə qarşılaşıb. İlk hissə London təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatsa da, fasilədən sonra 3 qol vuran braziliyalılar yekunda inamlı qələbə qazanıblar - 3:1.

Digər matç isə C qrupunda Portuqaliya "Benfika"sı ilə Yeni Zelandiyanın "Oklend Siti" klubu arasında baş tutub. Lissabon klubu rəqibinin qapısından 6 cavabsız top keçirib.

Qeyd edək ki, klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
5
azertag.az

6Источники