Nazirlər Kabineti 22 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra peşəkar mühasib sertifikatlarının hər bir növü üzrə imtahanlar üçün tapşırıqlar toplusu Maliyyə Nazirliyinin nümayəndələrinə (mütəxəssislərinə) yalnız Dövlət İmtahan Mərkəzinin inzibati binasında qapalı rejimdə təqdim edilir.
Mərkəz imtahanın keçirilməsinə 5 gün qalmış peşəkar mühasib sertifikatı almaq üçün imtahanda iştirak edəcək hər bir namizədi məlumatlandırır. İndiyə qədər bu müddət 10 gün idi.