RU

Bavariya Argentina çempionunu məğlub etdi

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Almaniyanın "Bavariya" futbol klubu ABŞ-də keçirilən Klublararası Dünya Çempionatında Argentina çempionu "Boka Xuniors"u 2:1 hesabı ilə məğlub edərək vaxtından əvvəl turnirin 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, Münhen klubu bundan əvvəl ilk turda Yeni Zelandiyanın "Ouklend Siti" klubunu 10:0 hesabı ilə məğlub etmişdi.

İki turdan sonra ikinci yerdə dörd xalı olan Lissabonun "Benfika" klubu qərarlaşıb.

Məlumat üçün əlavə edək ki, 2025-ci ilin Klublararası Dünya Çempionatı ABŞ-də təşkil edilib. Turnirdə 32 klub mübarizə aparır. Final oyunu iyulun 13-də Nyu-Cersidə baş tutacaq. Turnirin mükafat fondu bir milyard dollar təşkil edir.

"Bavariya" Argentina çempionunu məğlub etdi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
166
45
oxu.az

10Источники