ABŞ-da keçirilən klublararası dünya çempionatında daha bir komanda- Almaniya nəhəngi "Bavariya" 1/8 finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, Vinsent Kompaninin yetirmələri C qrupunda çətinliklə "Boka Xuniors"u məğlub ediblər.

Bununla da, "Bavariya" pley-offa çıxması dəqiqləşən ikinci kluba çevrilib.

Klublararası dünya çempionatı

C qrupu

"Bavariya" - "Boka Xuniors" 2:1

Harri Keyn, 18; Mişel Olise, 84 - Migel Merentiel, 66

                                O Q H M  T  X

1. "Bavariya"           2 2 0 0 12-1 6

2. "Benfika"             2 1 1 0  8-2  4

3. "Boka Xuniors"   2 0 1 1 3-4  1

4. "Okland Siit"       2 0 0 2 0-16 0

1/8 finala çıxanlar: "Flamenqo", "Bavariya"

Qrup mərhələsində qalanlar: "Okland Siti", "Los Anceles"