RU

Tramp Çinin İrana kömək etməyəcəyini bildirib

"İsraillə zərbələr mübadiləsi fonunda Çin İrana kömək etməyəcək"...

Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu açıqlama ilə Birləşmiş Ştatlar Prezidenti Donald Tramp çıxış edib.

Çinin İrana bir neçə nəqliyyat təyyarəsi göndərməsi ilə bağlı suala cavab verən D.Tramp bildirib ki, bunun Pekinin Tehranı dəstəkləmək istəyi ilə bağlı olduğunu düşünmür.

"Deyirlər ki, bu, insanların təxliyəsi üçündür. Amma bu barədə sizə heç nə deyə bilmərəm. Çinlə, onun rəhbəri Si Cinpinlə də əla anlaşıram. Bizim çox yaxşı münasibətimiz var. Görək, gələcəkdə nə olacaq", - deyə D.Tramp vurğulayıb.

Poliqon.info

Избранный
5
3
poliqon.info

7Источники