RU

5 ayda 148,6 milyon dollarlıq kimya sənayesi məhsulları ixrac edilib

Bu ilin yanvar-may aylarında ölkədən 148,6 milyon ABŞ dolları dəyərində 479,1 min tondan çox kimya sənayesi məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 45,3 faiz və ya 46,3 milyon dollar, həcm baxımından isə 12,8 faiz və ya 54,5 min ton çoxdur.

Qeyd edək ki, 2025-ci ilin ilk 5 ayında kimya sənayesi məhsullarının ümumi ixracda xüsusi çəkisi 1,35 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 10,56 faizə bərabər olub.

Избранный
98
8
vergiler.az

10Источники