İyunun 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvandan çıxaraq itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmin gün həyata keçirilən əməliyyat tədbirləri zamanı həmçinin dələduzluq cinayətinə görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaq orqanlarına təhvil verilib.