Klublararası dünya çempionatının qrup mərhələsinin 2-ci turunda "Flamenqo"ya 1:3 hesabı ilə uduzan "Çelsi"nin baş məşqçisi Entso Mareska yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini DAZN belə çatdırıb:
"Flamenqo" qələbəyə layiq idi. Biz oyuna nəsə bir yenilik gətirməyə cəhd edirdik. Bu, gələcəkdə bizə kömək edə bilər... Qarşıda qazanmaq istədiyimiz daha bir oyun var.
Altı dəqiqə matçın axarını dəyişdi. Təəssüf ki, qısa zaman kəsiyində iki top buraxdıq. Ardından isə oyunçumuz qovuldu. Qalan vaxtda rəqibə müqavimət göstərməyə çalışırdıq. Onları təbrik edirəm".
"Çelsi" bu oyunda 68-ci dəqiqədən azlıqda mübarizə aparıb. "Göylər"in hücumçusu Nikolas Cekson qırmızı vərəqə alıb.
İki oyundan sonra "Flamenqo" 6 xalla D qrupuna başçılıq edir. "Zadəganlar" 3 xalla ikinci sırada mövqe tutublar.
Nihat