RU

"“Zəngəzur dəhlizi” olmayacaq" - Paşinyan "Turan"dan danışdı

"“Zəngəzur dəhlizi” olmayacaq, “Sülh yollarının kəsişməsi” olacaq".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dünən Türkiyədəki erməni icmasının nümayəndələri ilə görüşü zamanı deyib.

"Həm biz, həm də Türkiyə yol istəyirik. Sərhədləri açaq. Məsələn, biz Avropa İttifaqı ilə münasibətləri normallaşdırmaq istəyirik, Türkiyənin də aktiv iqtisadi əlaqələri var və onlar inkişaf edir, o cümlədən Orta Asiya və Çinlə də inkişaf edir və nəticədə daha çox kommunikasiya marşrutları var... “Zəngəzur dəhlizi” olmayacaq, “Sülh yollarının kəsişməsi” olacaq. Bu, qarşılıqlı hörmət, yurisdiksiyanın tanınması və suverenliyə əsaslanan yüklərin daşınması deməkdir", - deyə o bildirib.

Baş nazir suyun başında oturan əjdaha ilə bağlı məşhur lətifəni xatırladıb: "Əjdaha belə su içmək istəyir, qoy içsin, nə problem var? Bu, bizim ermənilərin qorxusu ilə eynidir: Deyirlər ki, onların məqsədi "Turan"dır. Onlar nə istəyirlər? Ermənistanın ərazisindən keçmək istəyirlər. Yaxşı, gəlsinlər, getsinlər, bu pisdir? Biz bunu “Sülh yollarının kəsişməsi” vasitəsilə təklif edirik".

Ağarza Elçinoğlu

Избранный
9
1
unikal.az

2Источники