RU

İsrail-İran müharibəsini iqtisadi fəallığa təsiri: Ciddi təhdidlər yaradacaq – MÜSAHİBƏ

BAKI, 21 iyun. TELEQRAF

İstiqlalçı deputat, iqtisadçı alim Vahid Əhmədov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Vahid müəllim, İsrail-İran qarşıdurması barədə nə deyərsiz, proses bölgə üçün nə vəd edir?

- İsrail-İran qarşıdurması çox ciddi situasiya yaradıb. Əslində bu münaqişənin başlanması tərəflərlə yanaşı bölgə üçün də yaxşı bir şey vəd etmir. İran Azərbaycanla qonşuluqda yerləşən müsəlman dövlətidir. Bu ölkədə 30 milyondan artıq soydaşımız yaşayır. Təəsüf ki, İsrailin İrana endirdiyi zərbələrin əksəriyyərti azərbaycanlıların yerləşdiyi ərazilərdir. Təbriz və digər şəhərlər açıq şəkildə hücuma məruz qalır. Ona görə bu ərazilərdə çox ciddi problemlər yaşanmaqdadır.

Müharibə qısa zamanda dayanmasa, bölgə üçün də ciddi problemlər yarada bilər. Bəziləri bunu müharibə yox, qarşıdurma adlandırırlar. Amma müasir müharibələr faktiki olaraq bu yöndə aparılır. Tərəflər bir-birinə daha çox havadan hücumlar edir. Bu zərbələr müasir texnologiyaların üstünlüklərindən istifadə olunmaqla həyata keçirilir. Ona görə də bunu müharibə kimi qəbul etmək lazımdır.

Artıq hər iki tərəfdə ciddi insan itkiləri var, dağıntılar mövcuddur. Qarşılıqlı zərbələr isə davam edir.

- Sizcə, yaxın vaxtda tərəflər arasında atəşkəsin əldə edilməsi ehtimalı varmı?

- Müharibənin qarşısının alınması sülh danışıqlarından keçir. Tərəflər danışıqlar masasına əyləşib müzakirələr aparmalıdır. Amma görünən odur ki, İsrailin İranda nüvə obyektlərini sıradan çıxarmaqla yanaşı hakimiyyət dəyişikliyinə nail olmaq kimi hədəfi də var. Açıq-aşkar İranın ali lideri Əli Xamaneinin öldürülməsi ilə bağlı təhdidlər səslənir.

- Müharibə uzun çəkərsə, bu, bölgənin iqtisadi aktivliyinə necə təsir göstərəcək?

- Bölgə üçün İran-İsrail müharibəsinin zərəri böyükdür. Azərbaycanla İran və İsrail arasındakı münasibətlər, iqtisadi-siyasi əlaqələr mövcuddur. Hərbi sahədə İsraillə Azərbaycan arasında sıx əməkdaşlıq var. Ona görə də bu müharibənin bölgəyə çox ciddi təsirləri olacaq.

Sözsüz ki, müharibənin qarşısının alınması birbaşa ABŞ-dən asılıdır. Əgər Amerika Prezidenti Donald Tramp İsrailə bununla bağlı göstəriş versə, müharibə dayanar.

Digər yandan Rusiya-Ukrayna müharibəsi davam edir, danışıqlar getsə də nəticə yoxdur. Faktiki olaraq bu gün ayrı-ayrı bölgələrdə müharibələrin idarə olunmasında ABŞ əsas rola malikdir. Bu mənada İran-İsrail müharibəsi də hələ bir müddət davam edə bilər.

Təl-Əviv qarşısına qoyduğu məqsədə çatana qədər bunun davam edəcəyi gözlənilir. Təbii ki, bir azərbaycanlı kimi bizi narahat edən məsələ İrandakı soydaşlarımızın üharibədən zərər görməsidir. Artıq Azərbaycan dövləti bununla bağlı məüyyən addımlar atıb.

Избранный
36
50
teleqraf.com

10Источники