RU

Paşinyan: Zəngəzur dəhlizi olmayacaq, “Sülh kəsişməsi” olacaq – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyədəki erməni icması ilə görüşündə bəyan edib ki, Zəngəzur dəhlizi deyil, "Sülh kəsişməsi" layihəsi reallaşdırılacaq. Onun sözlərinə görə, bu yanaşma ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərinə əsaslanır.

"Biz deyirik ki, Araz çayının o tayında Ermənistan yoxdur, orada artıq Türkiyə var," - deyə Paşinyan qeyd edib.

O əlavə edib ki, Türkiyənin əsas prioritetlərindən biri Orta Dəhliz layihəsidir və Ermənistanın təklif etdiyi "Sülh kəsişməsi" bu layihəyə tam şəkildə inteqrasiya oluna bilər.

"Əgər Azərbaycan və Türkiyə Ermənistan ərazisindən keçmək istəyirsə, buyursunlar keçsinlər. Bunda pis nə var? Biz özümüz bunu təklif edirik," - deyə Paşinyan bildirib.

O, həmçinin "Böyük Turan" layihəsinin həyata keçiriləcəyi ilə bağlı iddialara skeptik yanaşdığını vurğulayıb və əlavə edib ki, bu gün ölkələr yükdaşımaların öz ərazilərindən keçməsinə çalışır, lakin Ermənistan bu məsələdə qapalı mövqe sərgiləməməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
96
50
olaylar.az

10Источники