RU

İranda daha bir nüvə alimi həyat yoldaşı ilə birlikdə İsrailin zərbəsi nəticəsində ölüb

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

İranlı nüvə alimi və həyat yoldaşı İsrailin hücumu nəticəsində həlak olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İranın "Mehr" agentliyi məlumat verib. Hadisənin təfərrüatı açıqlanmır.

Agentlik əlavə təfərrüat vermədən nüvə alimi və onun həyat yoldaşının İsrailin zərbəsi nəticəsində öldüyünü təsdiqləyib. Bildirilir ki, hadisə İsrailin İranın müxtəlif bölgələrinə intensiv aviazərbələri zamanı baş verib.

Həmçinin İranın "Fars" xəbər agentliyi də xəbər verib ki, İsfahandakı nüvə obyekti İsrail tərəfindən vurulub və heç bir təhlükəli material sızması qeydə alınmayıb.

Xatırladaq ki, daha əvvəl "Reuters" nəşri son bir neçə gün ərzində İsrailin İrana endirdiyi zərbələr nəticəsində 14 nüvə aliminin həlak olduğunu yazmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
1
oxu.az

2Источники