RU

Gürcüstandan Azərbaycana pul köçürmələri 27% azalıb

2025-ci ilin ilk rübündə Azərbaycana Gürcüstandan fiziki şəxslərin pul köçürmələrinin həcmi 6 milyon 740 min ABŞ dolları təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 520 min ABŞ dolları və ya 27,2% azalıb.

Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana Gürcüstandan köçürülmüş fiziki şəxslərin pul köçürmələrinin həcmi 9 milyon 260 min ABŞ dolları olub.

Hesabat rübündə Azərbaycana ümumi pul köçürmələrində Gürcüstanın payı 2,9% təşkil edib. 2024-cü ilin ilk rübündə isə bu göstərici 3,1% idi.

Избранный
22
12
fed.az

10Источники