RU

Mərkəzi Bank daha bir BOKT-a lisenziya verdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Forfinance” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

Valyuta.az xəbər verir ki, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 57-yə çatıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Forfinance” BOKT-u 2025-ci ilin yanvar ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, ev 54, mənzil 41, nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Azər Azadovdur.

Избранный
32
3
valyuta.az

4Источники