RU

Gündəlik həyatınız bu səbəbdən çətinləşə bilər -DİQQƏT

Obsesif Kompulsif Pozuntu (OKP) – yəni obsesiv kompulsiv pozuntu, insanın təkrar olunan düşüncələr və hərəkətlərdən xilas ola bilmədiyi ciddi bir psixoloji narahatlıqdır. Xalq arasında “takıntı xəstəliyi” kimi tanınan bu pozuntu, şəxsin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır.


Pravda.az bildirir ki, bu pozuntu iki əsas mərhələdən ibarətdir: obsesiyalar və kompulsiyalar. Obsesiyalar insanın beynində təkrar-təkrar canlanan narahatedici fikirlərdir. Kompulsiyalar isə həmin fikirlərdən qurtulmaq üçün edilən məcburi hərəkətlərdir – məsələn, mikrop qorxusu yaşayan birinin tez-tez əl yuması kimi.


Ən çox rast gəlinən simptomlar:

Mikrop və çirklənmə qorxusu

Aşırı təmizlik və əl yuma ehtiyacı

Düzən və simmetriya ilə bağlı takıntılar

Davamlı şübhələr (qapının kilidli olub-olmaması kimi)

Say saymaq və müəyyən sözləri təkrar etmə ehtiyacı


OKP bəzən uşaqlarda və doğuş sonrası qadınlarda da müşahidə oluna bilər.


Səbəblər nələrdir?


OKP-nin dəqiq səbəbi bilinməsə də, bioloji və psixoloji faktorların təsiri olduğu düşünülür. Beyindəki kimyəvi maddələrin balanssızlığı və uzunmüddətli stress əsas səbəblər sırasındadır. Travmalar, ailə problemləri və ətraf mühit dəyişiklikləri də riski artırır.


Necə davranmalı?


Bu pozuntudan əziyyət çəkən insanlara qarşı anlayışlı olmaq çox vacibdir. Onları qınamaq və ya davranışlarına görə danlamaq əks təsir göstərə bilər. Ən düzgün yol – dəstək göstərmək və peşəkar yardım almağa təşviq etməkdir.


Müalicə yolları:


OKP-nin müalicəsində psixoterapiya – xüsusilə düşüncə-davranış terapiyası və antidepresan dərmanlar istifadə olunur. Bəzən bu üsulların birgə tətbiqi daha yaxşı nəticə verir. Çox ağır hallarda isə alternativ müalicələr – elektrokonvulsiv terapiya və ya neyrocərrahiyyə nəzərdən keçirilə bilər.


OKP təkcə fərdin deyil, ailəsinin və ətraf mühitinin də psixoloji rifahına təsir edə biləcək xəstəlikdir. Bu səbəblə erkən diaqnoz və müalicə olduqca vacibdir.


Əminə Bayramova

Tarix: 21 İyun 2025, 15:44   
Избранный
10
1
pravda.az

2Источники