RU

Nik Koks “Mançester Yunayted”dən ayrıldı

47 yaşlı ingilis mütəxəssis Nik Koks “Mançester Yunayted”in futbol akademiyasının rəhbəri vəzifəsindən ayrılıb.

Arena.az bu barədə “Mançester Yuanyted”in rəsmi saytına istinadən məlumat verir.

Koks “Everton”a üz tutub. İngilis mütəxəssis “qənnadçılar”ın texniki direktoru vəzifəsində çalışacaq.

Xatırladaq ki, Koks “Mançester Yunayted”də 2016-cı ildən çalışırdı. 2020-ci ilin iyun ayından isə Koks “qırmızı şeytanlar”ın futbol akademiyasına rəhbəlik edirdi.

Bildirilir ki, Koksun çalışdığı müddətdə “Mançester Yunayted”də “qırmızı şeytanlar”ın 35 məzunu debüt edib.

Klub rəhbərliyi Nik Koksa fəaliyyəti müqabilində təşəkkürünü bildirərək, ingilis mütəxəssisə gələcək işlərində uğurlar arzulayıb.

Избранный
15
arena.az

1Источники