RU

Bakıda market yandı

Bu barədə Ajans.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan obyektin (market kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları və tavanı, marketdə olan 9 ədəd soyuducu, həmçinin sahəsi 18 m² olan anbarın yanar konstruksiyaları və içərisində olan mallar yanıb. Obyektin qalan hissəsi, 3 ədəd ödəmə aparatı və digər bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
9
11
Ajans.az

10Источники