RU

Azərbaycan millisinin Belarusdakı təlim-məşq toplanışı başa çatıb

18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisinin Belarusun paytaxtı Minskdəki təlim-məşq toplanışı yekunlaşıb.

Bu barədə "Report"a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığma toplanışda 6 yoxlama oyunu keçirib.

Azərbaycan U-18 - "Rquor" (84-39)
Azərbaycan U-18 - "Rquor 2" (80-30)
Azərbaycan U-18 - "Horizont" (40-68)
Azərbaycan U-18 - "Horizont" (53-65)
Azərbaycan U-18 - "Viktoriya" (49-53)
Azərbaycan U-18 - "Viktoriya" (62-68)

Qeyd edək ki, Minsk toplanışında əsas məqsəd iyulun 4-13-ü aralığında Litvanın Alitus və Vilnüs şəhərlərində baş tutacaq Avropa çempionatının B divizionunun oyunlarına hazırlaşmaq olub.

Избранный
17
6
report.az

9Источники