RU

Qurban Sadıqovun əməyinə yüksək qiymət – “Tərəqqi” medalı ilə təltif olundu

Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən iyunun 23-ü Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli 1476 nömrəli Sərəncamı ilə hər il iyunun 23-ü Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd edilir.
 
Hər il olduğu kimi bu il də Prezident İlham Əliyev bir qrup dövlət qulluqçusunun təltif edilməsi ilə əlaqədar sərəncam imzalayıb.
 
Bu gün “Tərəqqi” medalı ilə təltif olunanlar arasında Qurban Sadıqov da var. 
 
1993-cü il 2 aprel tarixdə Ermənistanın hərbi təcavüzü nəticəsində Kəlbəcər rayonunun işğalı ilə əlaqədar ailə üzvləri ilə birlikdə məcburi köçkün düşmüş və Bakı şəhərində müvəqqəti məskunlaşmışdır.
 
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə səlahiyyətli nümayəndə təyin edilmişdir. Sadıqov Qurban Rza oğlu 1993-cü il 17 iyun tarixdən etibarən Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Qaçqınların və məcburi köçkünlərin işləri üzrə şöbəsində  müxtəlif vəzifələrdə çalışmış və Ulu Öndərimiz Heydər Əliyevin xeyir-duası ilə 2001-ci ildə  şöbə müdiri vəzifəsinə təyin olunmuşdur. Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatında sektor müdiri vəzifəsində çalışmaqla 33 il 10 ay dövlət qulluğunda stajı vardır.
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 965 nömrəli Sərəncamına əsasən mənə dövlət qulluğunda səmərəli fəaliyyətimə görə 3-cü dərəcə dövlət müşaviri və 2013-cü il 24 iyun tarixli 2958 nömrəli Sərəncamına əsasən 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.
 
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 iyun tarixli 580 №-li Sərəncamına əsasən isə dövlət qulluğunda səmərəli fəaliyyətimə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
 
Həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2019-cu il 9 iyul tarixli S/01-19 nömrəli Sərəncamına əsasən "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif edilmişdir.
 
12 iyun 1996-cı il tarixdən Yeni Azərbaycan Partiyasının üzvüdür. 
 
Qurban Sadıqov dövlətinə və Prezidentinə sadiq olmaqla, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifə borcunu səmərəli yerinə yetirir. Özünün etik davranışı və peşəkar fəaliyyəti ilə hər kəsin inamını artırmağı və möhkəmləndirməyi, ölkəsinin, çalışdığı dövlət organının və dövlət qulluğunun nüfuzunu möhkəmləndiməyi, öz adını və şərəfini uca tutmağı yüksək səviyyədə bacarır. Olduqca səmimi və hər kəsə əlcatandır.
Избранный
15
3
moderator.az

4Источники