BAKI, 21 iyun. TELEQRAF
Türkiyənin tanınmış jurnalisti Fatih Altaylı “prezidenti hədəf alan hədələyici ifadələr” ittihamı üzrə saxlanılıb.
Teleqraf "Hurriyet"ə istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğu jurnalist Fatih Altaylının barəsində 20 iyun 2025-ci il tarixində sosial media kanallarında paylaşdığı proqramda prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alması və təhdid dolu bəyanatlar yaymasına görə cinayət işi açıb.