RU

UFC: Cənubi Koreyadan olan idmançı qələbəyə sevinib

ain.az bildirir, Sia Az saytına əsaslanaraq.

Bakıda keçirilən UFC döyüş gecəsi davam edir.

SİA xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan turnirin beşinci görüşündə orta çəkidə mübarizə aparan İsmail Naurdiyev (Mərakeş) ilə Pak Çun Yon (Cənubi Koreya) üz-üzə gəliblər.

Pak Çun Yon rəqibini üç raundun sonunda məğlub edib.

Qeyd edək ki, gecənin əsas döyüşləri saat 23:00-dan etibarən start götürəcək. Əsas qarşılaşma keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Gecənin ikinci ən vacib döyüşü Azərbaycan təmsilçisi Rafael Fiziyevlə çilili İqnasio Bahamondes arasında yüngül çəkidə baş tutacaq.

Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbayla qarşılaşacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
2
sia.az

5Источники