RU

ABŞ İrana mümkün zərbəyə hazırlığa başlayıb - İsrail

ABŞ İsrailə İranla müharibəyə girmək qərarı barədə məlumat verməyib, lakin yəhudi dövləti hesab edir ki, Vaşinqton artıq buna hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu versiyanı iki İsrail hərbi rəsmisinə istinadla "The New York Times" (NYT) təqdim edib.

Onların fikrincə, ABŞ çox güman ki, münaqişədə iştirak edəcək və mümkün zərbəyə hazırlıq artıq başlayıb. Nəşrin həmsöhbətləri iki ölkənin hərbçiləri arasında son iki gündəki təmaslara əsaslanaraq Amerikanın İrana hücumunun yaxın günlərdə baş verə biləcəyini iddia edirlər.

NYT qeyd edir ki, ABŞ artıq 15 tonluq bunker bombası daşıya bilən bir neçə B-2 strateji bombardmançı təyyarəsini yerləşdirib. Bu təyyarələr İranın Fordodakı yeraltı nüvə obyektinə zərbələr endirmək üçün istifadə oluna bilər. Nəşr qeyd edib ki, bombardmançı təyyarələrdən istifadə edilməsə belə, onların yenidən yerləşdirilməsi İslam Respublikasını "danışıqlar masasına qaytarmaq" üçün ona təzyiq etmək üsulu ola bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp əvvəllər İrana, xüsusən də Fordodakı uranın zənginləşdirilməsi obyektinə zərbə endirmək ehtimalını istisna etməmişdi. İyunun 19-da Ağ Ev Amerika liderinin iki həftə ərzində müvafiq qərarı verəcəyini bildirib.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. Sonrakı günlərdə ölkələr yenidən hücumlar həyata keçirdilər. Hər iki tərəf bu hücumlar nəticəsində insan tələfatı və itkilər barədə məlumat verib və bir sıra obyektlərin vurulduğunu etiraf edib. Qarşılıqlı hücumlar davam edir.

Turan İSMAYIL

Избранный
28
50
redaktor.az

10Источники