RU

40 min ABŞ əsgəri İranın atəşi altındadır –“The New York Times”dan Ağ Evə xəbərdarlıq

Musavat.com xəbər verir ki, ABŞ-ın nüfuzlu "The New York Times" qəzeti Yaxın Şərqdə gərginliyin son dərəcə təhlükəli mərhələyə daxil olduğunu bildirib. Nəşr Ağ Evə və hərbi rəhbərliyə xəbərdarlıq edərək yazır ki, bölgədə yerləşən təxminən 40 min Amerika əsgəri hazırda İranın raket və dron təhdidi altındadır.

Qəzetin məlumatına görə, ABŞ-ın İrana qarşı hava hücumlarından sonra Tehranın cavab zərbəsi ehtimalı çox yüksəkdir. Bu isə təkcə İsraili deyil, bölgədəki ABŞ bazalarını və hərbi personalı da birbaşa hədəfə çevirə bilər.

Məqalədə qeyd olunur ki, hazırda ABŞ hərbi kontingenti İraq, Suriya, Küveyt, Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərində yerləşir. Bu əsgərlərin bir çoxu strateji bazalarda xidmət edir və İranın bu mövqeləri raketlərlə vurmaq üçün kifayət qədər imkanları var.

The New York Times bu kontekstdə "İrana zərbə vurmaqla ABŞ nə qazanır və nə itirir?" sualını önə çəkir. Analitiklər hesab edir ki, Tramp administrasiyası daxildə siyasi mövqe gücləndirmək məqsədilə belə bir riskli avantüraya baş vurubsa, bunun bədəli çox ağır ola bilər.

Qəzetin redaksiya heyəti administrasiyanı müharibənin nəticələrini düzgün hesablamağa və Amerika hərbçilərinin həyatını riskə atmamağa çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
30
1
olaylar.az

10Источники