İranın nüvə obyektlərinin ləğvi ilə bağlı verilən vəd yerinə yetirilib.
Bu barədə ABŞ-nin İrana zərbələrindən sonra İsrailin baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarına videomüracitində bildirib.
İsrailin iyunun 13-də başlayan "Xalq Aslan kimi" adlı əməliyyatından danışan Netanyahu İsrail tarixində görünməmiş nəticələrin əldə edildiyini vurğulayıb.
O xatırladıb ki, əvvəldən israillilərə İranın nüvə obyektlərini məhv edəcəklərini vəd edib və bu, onun sözlərinə görə, uğurla həyata keçirilib.
Trend
Tarix: 22 İyun 2025, 09:19