RU

ABŞ və İrandan şok iddia - Tramp Pezeşkianla görüşmək üçün Türkiyəyə gəlmək istədi, ancaq iranlılar razılıq almaq üçün Xamneyini tapa bilmədi...


İsrail və İran arasında qarşılıqlı hücumlar 10-cu gündür davam etdiyi bir vaxtda ABŞ və İran mediasından Türkiyə ilə bağlı bir iddia ortaya atılıb.

ABŞ mərkəzli “Axios” xəbər saytının üç rəsmiyə istinadən verdiyi xəbərə görə, Tramp və Ərdoğan bu həftə İstanbulda ABŞ və İran rəsmiləri arasında diplomatik görüş təşkil etmək üçün intensiv danışıqlar aparıb.

Mənbələrin məlumatına görə, Ərdoğan ötən həftə keçirilən G7 Zirvəsi zamanı Trampa zəng edərək ertəsi gün İstanbulda tərəflər arasında görüş təşkil etməyi təklif edib. Bu təklifə müsbət baxan Tramp, razılaşma şansı olarsa, vitse-prezident Vensi və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Vitkoffu Türkiyəyə göndərə biləcəyini və özünün də İran prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu bildirib.

Ərdoğan və xarici işlər naziri Hakan Fidan bu təklifi Pezeşkiana və İranın xarici işlər naziri Abbas Ərakçiyə çatdırıblar. Lakin iki ABŞ rəsmisinin sözlərinə görə, İran rəsmiləri Xamneyidən razılıq almaq üçün onunla əlaqə saxlamağa çalışsalar da, sui-qəsd qorxusundan gizlənən Xamneyi ilə təmas qurmaq mümkün olmayıb. İranlılar Türkiyə rəsmilərinə Xamneyinin razılığının almadığını bildiriblər və beləliklə görüş cəhdi rəsmi olaraq ləğv edilib.

İran mediası da yazıb ki, Tramp Ərdoğana müavini Vens, xüsusi nümayəndə Stiv Vitkoff və hətta özünün də İran prezidenti ilə görüşmək üçün Türkiyəyə gəlməyə hazır olduqlarını bildirib.

TAHİR

Избранный
9
baki-xeber.com

1Источники