RU

Leyla və Arzu Əliyevalar Azərbaycanda keçirilən UFC turnirini izlədi - FOTO

İyunun 21-də Bakı Kristal Zalında Azərbaycanda ilk dəfə UFC turniri keçirilib.





Referans "Azərtac"a istinadla xəbər verir ki, yarışda ümumilikdə 24 idmançı qüvvəsini sınayıb.



Müxtəlif çəkili idmançılar ilkin və əsas döyüşlərdə mübarizə aparıblar.



Maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə 12 nəfər qalib olub.



Qeyd edək ki, əsas döyüşlər yüngül çəkidə Azərbaycan idmançısı Rafael Fiziyevlə çilili İqnasio Bahamondes və yarım ağır çəkidə ABŞ təmsilçiləri Camal Hill ilə Xalil Rauntri arasında olub.



Bu döyüşlərdən Rafael Fiziyev və Xalil Rauntri qalib ayrılıblar.



Azərbaycanın digər təmsilçisi Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə qarşılaşıb. Gərgin və maraqlı keçən görüşdə N.Sadıxov rəqibini ikinci raundda nokautla məğlub edib.



Yüngül çəkidə mübarizə aparan digər idmançımız Tofiq Musayev isə qırğızıstanlı Mıqtıbek Orolbaya məğlub olub.



Yarışda, həmçinin Muhammad Usman (Nigeriya), Taqir Ulanbekov (Rusiya), Klaudiya Siqula (Polşa), Darya Jeleznyakova (Rusiya), Pak Çun Yon, Sok Hyön Ko (hər ikisi Cənubi Koreya), Məhəmməd Nayimov (Tacikistan), Körtis Bleyds (ABŞ) qələbəyə sevinən tərəf olublar.




Qeyd edək ki, UFC kimi mötəbər turnirin Bakıda təşkil olunması Azərbaycanın idman ölkəsi kimi dünyada artan nüfuzunun daha bir göstəricisidir. UFC-nin prezidenti Deyna Uayt iyunun 20-də Prezident İlham Əliyevlə görüşdə bu turnirə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını vurğulayaraq, göstərilmiş dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.




UFC turnirinin Bakıda bu cür təşkili təsadüfi deyil. Belə ki, indiyədək ölkəmizdə çox sayda nüfuzlu beynəlxalq idman yarışı ən yüksək standartlara cavab verməklə keçirilib və idmançılar, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və ailə üzvləri də turniri izləyiblər.



Избранный
17
12
referans.az

10Источники