ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsi fonunda İsrail Müdafiə Ordusu (SAXAL) İrandan raketlərin buraxılması barədə məlumat yayıb.
Manset.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə SAXAL-ın "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır.
SAXAL-ın məlumatında o da vurğulanır ki, sığınacaqları tərk etmək yalnız aydın göstərişlərdən sonra mümkündür.