RU

Mossad agenti olmaqda ittiham edilən şəxs İranda edam edilib

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranda İsrailin xeyrinə casusluqda ittiham olunan şəxs edam edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Nour News” xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, edam edilən şəxs İsrailin kəşfiyyat xidməti Mossad ilə əməkdaşlıqda təqsirli bilinib.

Həmin şəxsin Fars körfəzi ölkələrindən birində yerləşən idarəçisinə həftəlik hesabatlar təqdim etdiyi və bu qarşılığında ödəniş aldığı bildirilir. Casusluq fəaliyyəti çərçivəsində o, İranla bağlı həssas məlumatları, o cümlədən ayrı-ayrı şəxslərə dair informasiyaları İsrail tərəfinə ötürüb.

Rəsmi mənbələr bu barədə əlavə açıqlama verməsə də, hadisə ölkədə casusluqla bağlı artan narahatlıqlar fonunda baş verib. İran rəsmiləri bu cür hallara qarşı sərt tədbirlər görüləcəyini dəfələrlə bəyan ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
35
50
yeniavaz.com

10Источники