RU

ABŞ müdafiə naziri: İran xalqı hədəf alınmadı, Tehranın nüvə proqramı yox edildi

ABŞ Prezidenti Donald Tramp danışanda, dünya onu dinləməlidir.

APA-nın xəbərinə görə, bunu ABŞ müdafiə naziri Pit Hegset bu gün keçirilən mətbuat konfransında bildirib.

ABŞ-ın İranın nüvə obyektlərinə zərbəsini böyük hərbi uğur sayan Pit Hegset bildirib ki, istifadə edilən bombalar ilk dəfə tətbiq olunub: “Əməliyyatda İran xalqı hədəf alınmadı, Tehranın nüvə proqramı yox edildi. İlk dəfə “B-2” bombardmançı təyyarəsi ilə belə uzaqmənzilli hərbi əməliyyat keçirilib. ABŞ müharibə istəmir. Ancaq maraqlarımız və ortaqlarımız üçün zəruri anda dərhal hərəkətə keçəcəyik”.

Qeyd edilib ki, əməliyyatda 7 ədəd “B-2” təyyarəsi əməliyyatda iştirak edib, qırıcı təyyarələr bombardmançı təyyarələri müşayiət edib.

Избранный
2
12
apa.az

10Источники