ABŞ İraq və İordaniyadan sonra daha bir ölkədəki diplomat və digər rəsmi təyinatlı personalını geri çağırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, regionda qeyri-sabit və gözlənilməz hadisələrlə bağlı Livandakı personalla bağlı belə bir qərar verilib: "Biz onlarla yanaşı, bütün ailə fərdlərinin təcili olaraq Livanı tərk etmələrini istədik".
Lamiyə Əhmədli
MİA.AZ