Bakı, 23 iyun, AZƏRTAC
ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatı (KDÇ) davam edir.
AZƏRTAC xəbər verir ki, G qrupunda yer alan İtaliya "Yuventus"u Mərakeşin "Vidad" komandasına 4:1 hesabı ilə qalib gəlib.
H qrupunda İspaniya nəhəngi "Real Madrid" isə Meksika təmsilçisi "Paçuka"nı 3:1 hesabı ilə üstələyib.