RU

Hörmüz boğazını bağlamaq İranın özü üçün intihar olar

ain.az, Missiya.az saytına istinadən bildirir.

ABŞ-ın vitse-prezidenti J.D.Vens NBC News-a müsahibəsində deyib ki, Hörmüz boğazının bağlanması İran iqtisadiyyatı üçün intihara səbəb ola bilər.

Missiya.Az xəbər verir ki, vitse-prezidentə Hörmüz boğazının mümkün bağlanmasının ABŞ üçün qırmızı xətt olub-olmayacağı sualı verilib. 

Vens hesab edir ki, bu, iranlıların özləri üçün intihar olardı: "Yəni, onların bütün iqtisadiyyatı Hörmüz boğazından keçir. Əgər onlar öz iqtisadiyyatlarını məhv etmək və dünyada tənəzzülə səbəb olmaq istəsələr,, bu, onların qərarı olacaq. Amma niyə belə etsinlər? Məncə, bunun heç bir mənası yoxdur. Məncə, bu, nə onlar üçün, nə də başqaları üçün məntiqlidir", - Vans deyib.

Elcan

Missiya.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
3
missiya.az

7Источники