RU

Şimali Koreya ABŞ-nin İran hücumunu pislədi

Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ və İsrailin İrandakı hərəkətlərini sərt şəkildə pisləyib. 

"Unikal" xəbər verir ki,  bu  barədə KXDR Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. 

Pxenyanın sözlərinə görə, ABŞ və İsrail ölkənin suverenliyini və BMT Nizamnaməsini, həmçinin beynəlxalq hüququ kobud şəkildə pozub.

Şimali Koreya diplomatları da Yaxın Şərqdəki mövcud vəziyyəti “İsrailin həyasızlığının” nəticəsi adlandırıblar.

İyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkənin hərbi hava qüvvələri İranın Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə hücum edib. Amerika lideri bunu ABŞ, İsrail və bütün beynəlxalq ictimaiyyət üçün “tarixi an” adlandırıb və bildirib ki, bu “heyrətamiz uğurdan” sonra İran sülhə razı olmalıdır.

Gülayə Mecid 

Избранный
15
50
unikal.az

10Источники