RU

"Qərbi azərbaycanlılar qaçqın sayılır və Ermənistan ərazisində mülkiyyət haqları var" - Əliyevin “Euronews” mesajlarının PƏRDƏARXASI

Prezident İlham Əliyev “Euronews” kanalına geniş müsahibə verib. Onun açıqlamalarında xarici siyasət və Qarabağ kontekstində çox doğru mesajlar, sülhə çağırışlar var. Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyini çox aydın və düzgün şəkildə ifadə edib. Çünki, Prezident xarici siyasət, diplomatiya, təhlükəsizlik, beynəlxalq əlaqələr üzrə mütəxəssisdir. Həm ixtisası, həm də böyük təcrübəsi bu sahələrdə ciddi uğurlu nəticələr əldə etməyə imkan verir. Ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası buna əyani sübutdur. 

Mövzunu "MediaPost"a şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Əliyevin “Euronews”a müsahibəsində, "ermənilərin Azərbaycana qayıdışı azərbaycanlıların Ermənistana qayıdışı ilə eynilik təşkil edir" deməsi xüsusi əhəməiyyət kəsb edir: "Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsi indiyə qədər danışıqlar masasında müzakirə olunub.

alt

Belə ki, 15 iyulda Brüsseldə keçirilən üçtərəfli görüşdə tərəflər öz ərazilərində milli azlıqların hüquqlarının təmin edilməsinə təminat verməyə qarşılıqlı şəkildə razılaşıb. Bu görüşdən 10 gün sonra, yəni 25 iyulda XİN rəhbərlərinin Moskva görüşündə də eyni məsələ gündəmə gəlib. Qarabağda erməni separatizminin ləğvindən sonra Ermənistanın erməni əhalisini kütləvi şəkildə bölgəni tərk etməyə sövq etməsinin arxasındakı hədəflərdən biri də budur. Erməni əhalisi Qarabağda Azərbaycan vətəndaşı olaraq yaşayacaqdı, onların hüquqları təmin olunacaqdı və bu, İrəvanın da azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını təmin etməsinin vacibliyini aktuallaşdıracaqdı. Rəsmi İrəvan erməniləri Qarabağdan çıxarmaqla bu məsələdən yayınır. Eyni zamanda artıq Ermənistanda olan “Qarabağın erməni əhalisindən” Bakının azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tələbindən imtina etməsinə qarşı kart kimi istifadə edilir. Hərçənd, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsi sülh danışıqlarında həll edilməsə belə, rəsmi Bakı üçün prioritet istiqamətlərdən biri olaraq qalacaq. Çünki “Qarabağın erməni əhalisi”ndən fərqli olaraq, Qərbi azərbaycanlılar beynəlxalq hüquqa uyğun olaraq qaçqın sayılır və Ermənistan ərazisində mülkiyyət haqları var".

Müşviq Tofiqoğlu

Избранный
717
50
mediapost.az

10Источники