ain.az, Azertag portalına istinadən məlumat verir.
Naxçıvan, 23 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin yanvar-may aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 185 milyon manata yaxın olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 faiz çoxdur.
Naxçıvanda ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi də uğurla davam etdirilir. İndiyədək layihə çərçivəsində istehlakçılara 3 milyon manatda yaxın ƏDV məbləği geri qaytarılıb.
Bu ilin yanvar-may aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 16,7 faiz artaraq 654,1 min manat olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.