RU

"Kopenhagen"in vingeri İspaniya nəhənginə bu qiymətə keçir

"Kopenhagen"in vingeri Runi Barci karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, "Barselona"nın Danimarka klubu ilə apardığı danışıqlar müsbət məcrada yekunlaşmaq üzrədir. İsveçli futbolçunun Kataloniya təmsilçisinə gələn ay qoşulacağı vurğulanıb. "Blauqrana"nın paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti bu ilin dekabrında başa çatacaq Barci üçün 2-3 milyon avro ödəyəcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Küveytdə doğulan 19 yaşlı Runi İsveçin U-21 millisinin üzvüdür. O, 3 dəfə Danimarka çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Nihat

Избранный
7
fanat.az

1Источники