RU

Utziq gedir, bəs Suma? klubdan rəsmi açıqlama

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İyunun 14-də təlim-məşq toplanışlarına start verən “Zirə” ötən mövsüm bir neçə futbolçunun özünü fərdi baxımdan göstərməsi ilə fərqləndi. Sosial şəbəkələrdə məşqlərdən şəkillər paylaşan paytaxt təmsilçisinin toplanışında getməyə əsas namizəd olan iki legioner - Salifi Suma və Rafael Utziq gözə dəymədi. Bu isə ağla futbolçuların artıq komandadan ayrıldığını və ya hələ də vətənlərində olduğunu gətirir.“Football-plus.az” məsələni dəqiqləşdirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə ilə əlaqə saxlayıb. Həmkarımız Sumanın məşqlərə qatıldığını desə də, eyni sözləri Utziqə aid etməyib:

“Bu barədə Rəşad Sadıqov da danışıb. Utziq hələ ki komandamızın futbolçusudu, amma transferə çıxarılıb, ona görə də məşqlərə qatılmır”.

MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
1
icma.az

2Источники