RU

Maqnit qasırğası olacaq

BAKI, 23 iyun. TELEQRAF

24-25 iyunda G1 (zəif qasırğa) səviyyəli geomaqnit qasırğası olması ehtimalı var.

Bu barədə Teleqraf-a Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, proqnoz günlərində (23-29 iyun) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron və 10 MeV-dən çox enerji yüklü proton selinin aktiv regionlara bağlı olaraq səviyyələrinin yüksəlməsi ehtimalı var.

Günəş küləyi sürətinin müşahidə olunan Tac Dəliyinə bağlı olaraq normadan yüksək qalacağı gözlənilir.

Избранный
30
1
teleqraf.com

2Источники