Yaponiyanın baş naziri Şiqeru İşiba NATO-nun Haaqada keçirilməsi planlaşdırılan sammitinə səfərini ləğv edə bilər.
Bakıvaxtı.az "Kyodo" agentliyinə istinadən xəbər verir, bu qərarın səbəbləri hələlik açıqlanmayıb.
Cənubi Koreya prezidenti Li Çje-Myon da oxşar addım atıb. Administrasiya imtinanı onun prezidentlik müddətinin başlaması və Yaxın Şərqdəki gərgin vəziyyətlə əlaqədar sıx iş qrafiki ilə izah edib.
Qeyd edək ki, sammit iyunun 24-25-də Haaqada baş tutacaq. İclasın əsas məqsədi alyansa üzv dövlətləri ümumi büdcə ayırmalarını ÜDM-in 5%-nə çatdırmağa həvəsləndirməkdir ki, bunun da 3,5%-i birbaşa hərbi maliyyələşdirməyə, 1,5%-i isə köməkçi maliyyələşdirməyə ayrılacaq.
Gülşən Şərif