RU

“Turan Tovuz” “Benfika”nın yetirməsini transfer etdi

“Turan Tovuz” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan "Unikal"a verilən məlumata görə, bölgə təmsilçisi Kabo-Verde millisinin üzvü David Oliveyra Tavareş ilə 3 illik müqavilə imzalanıb.

“Benfika”nın yetirməsi olan yarımmüdafiəçi son olaraq Rumıniyanın “Buzau” klubunun formasını geyinib. 26 yaşlı oyunçu Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, “Moreyrense”, “Torreense” və “Familikau” klublarının şərəfini qoruyub.

 

Избранный
25
3
unikal.az

10Источники