AZ

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirdi

"Turan Tovuz" Kabo-Verde millisinin üzvü David Oliveyra Tavareş ilə anlaşıb.

News365.az xəbər verir ki, klubdan verilən məlumata görə, onunla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Benfika”nın yetirməsi olan yarımmüdafiəçi son olaraq Rumıniya təmsilçisi “Buzau”nun formasını geyinib.

26 yaşlı futbolçu Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, “Moreyrense”, “Torreense” və “Familikao” klublarının şərəfini qoruyub.

Seçilən
8
25
news365.az

10Mənbələr