AZ

"Turan Tovuz" "Benfika"nın yetirməsini transfer etdi - RƏSMİ

"Turan Tovuz" heyətinə yeni futbolçu cəlb edib.
 
Moderator.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi Kabo-Verde millisinin üzvü David Oliveyra Tavareşlə güclənib.
 
26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
 
“Benfika”nın yetirməsi olan futbolçu son olaraq Rumıniya təmsilçisi “Buzau”nun formasını geyinib. O, Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, “Moreyrense”, “Torreense” və “Familikao” klublarının şərəfini qoruyub.
 
Seçilən
11
25
moderator.az

10Mənbələr