Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Əvvəlcədən qeyd edim ki, bu ölkənin vətandaşı kimi bayramları sevirəm, onların mahiyyətini və vacibliyini anlayıram. 26 İyun – Silahlı Qüvvələr Günü kimi vacib tarixlərin qeyd olunması mənə qürur verir".
Ölkə.az xəbər verir ki, bu fikirləri “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu deyib.
"Amma bir məsələ var ki, onu mütləq deməliyəm: bayramların sayı və ardıcıllığı bizi – özəl sektorda çalışan, vergi verən, iş yeri yaradan, maaş verən sahibkarları çox çətin vəziyyətə salır.
Bayram günlərdə dövlətdə işləyənlərin maaşı sabitdir, amma biz sahibkarlar özümüz qazanmadan işləyənlərə maaş verməli oluruq. Bəzən bir bayram bitmədən yeni bir istirahət günü gəlir və nəticədə ayın demək olar ki, 30 faizində fəaliyyət tam və ya qismən dayanır. Çox istərdim ki, bayramlar daha rasional bölünsün, qeyri-iş günləri minimuma ensin, alternativ olaraq işləyən müəssisələr üçün vergi güzəştləri və ya əlavə dəstəklər tətbiq edilsin".
Həmidə İbrahimova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.