RU

İsraildən İrana gözlənilməz təklif | VİDEO

AzVision.az xəbər verir ki, məmurlara istinad edən “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, İsrail İranla münaqişəni “tezliklə” bitirməyə can atır və hədəfə aldığı İran obyektlərinə zərbələri yaxın günlərdə tamamlayacağı gözlənilir.

“ABŞ bölgədəki ərəb rəsmilərinə İsrailin döyüşlərin tezliklə bitməsini istədiyini bildirib və onlardan bu mesajı İrana çatdırmağı xahiş edib. Tehran hələ geri çəkilməyə hazır olmadığı, həmçinin ABŞ-nin İranın nüvə obyektlərinə hücumuna cavab vermək məcburiyyətində qaldığını deyib”, - qəzet yazır.

İrandakı uran hara “yoxa çıxıb”? | VİDEO
İsrail rəsmiləri ABŞ-nin zərbələrindən sonra İranın danışıqlar masasına oturacağına ümidli olduqlarınıbildiriblər. Lakin Tehranın İsrail ərazilərini vurmağıdavam edəcəyi halda, İrana zərbələri dayandırmaycağını diqqətə çatdırıblar.

Xatırladaq ki, ABŞ iyunun 22-nə keçən gecə İranın Natanz, Fordo və İsfahandakı üç nüvə obyektinə zərbələr endirib. Vaşinqton hücumun İranın nüvə proqramını məhv etmək və ya ciddi şəkildə zəiflətmək üçün həyata keçirildiyini açıqlayıb.


Sahil İsgəndərov
AzVision.az
Избранный
10
4
azvision.az

10Источники