Bakı. Trend:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm vəTəhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı iləiyunun 23-də “Gənc qızların təhsilinə dəstək” layihəsiiştirakçılarının məzun günü təşkil edilib.
Trend xəbər verir ki, məzungünü 2021-ci ildə ali təhsil müəssisələrinə yüksək balla daxilolmuş “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək”təqaüd proqramı və “Sən tək deyilsən” layihəsi çərçivəsində“Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstəkproqramı iştirakçılarının məzun olması, eləcə də onlarınəzmkarlığını, nailiyyətləri qeyd etmək məqsədilə keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva,Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri BaharMuradova, elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafıFondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, deputatlar vəictimaiyyət nümayəndələri, o cümlədən tələbələr iştirakediblər.
Tədbir zamanı layihəyə həsr olunmuş videoçarx nümayişetdirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriBahar Muradova diqqətə çatdırıb ki, bu təşəbbüs sosial və maddiçətinliklərlə üzləşən gənc qızlara reallığı göstərmək, onlarınhəyatına işıq salmaq və gələcəklərinə inam yaratmaq məqsədindənirəli gəlir. Bu cəsarətli addım təhsilin gücünə və qadınıninkişafına inamın bariz nümunəsidir. Təhsil alan gənc qızlarınqazandığı uğurlar gələcək nəsillərə nümunədir. Bu gün onlarınqazandığı uğurlar sabahın cəmiyyətini formalaşdıracaq. Bu yoldagələcəyimiz onların əlindədir.
Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, qızların,qadınların təhsilə cəlb olunması əhəmiyyətli məsələdir: “Müxtəliftədqiqatların nəticələri anaların təhsilli olmasının gələcək nəslindaha savadlı, hazırlıqlı və sosial cəhətdən fəal formalaşmasındamühüm rol oynadığını təsdiqləyir. Qadınların təhsil sistemininbütün pillələrində geniş təmsil olunması yalnız genderbərabərliyinə deyil, ümumilikdə cəmiyyətin intellektual və sosialinkişafına xidmət edir. Bu baxımdan, gənc qızların təhsilinəyönəlik layihələrin və təqaüd proqramlarının genişləndirilməsidövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır”.
Nazir, həmçinin vurğulayıb ki, belə təşəbbüslər xeyriyyəçilikənənələrinin müasir dövrdə yenidən canlandırılmasına və cəmiyyətinsosial məsuliyyət hissinin güclənməsinə şərait yaradır. Cəmiyyətininkişaf səviyyəsi onun qadın üzvlərinin intellektual və sosialinkişafından birbaşa asılıdır. Güclü qadınların mövcudluğukişilərin zəifliyi deyil, əksinə, bütövlükdə cəmiyyətin güclənməsideməkdir. Bu baxımdan, həm dövlət, həm də özəl sektorun əməkdaşlıqçərçivəsində təhsilə dəstək göstərməsi vacibdir.
Əlavə olaraq, nazir bu kimi layihələrin regionlarda yaşayanqızların təhsilə çıxış imkanlarını artırmaqla sosialbərabərsizliyin aradan qaldırılmasına da töhfə verəcəyini bildirib.O, təhsil sahəsində inklüzivliyin təmin olunmasının uzunmüddətlimilli inkişaf strategiyasının əsas sütunlarından biri olduğunu qeydedib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovqeyd edib ki, Fondun təşkilatçılığı ilə reallaşdırılan “Gəncqızların təhsilinə dəstək” proqramı artıq dörd ildir ki, icraolunmaqdadır: “Bu müddət ərzində layihə çərçivəsində təxminən 350sosial həssas qrupdan olan gənc qız ali təhsil müəssisələrindətəhsil alma imkanı əldə edib. Əsas məqsəd sosial bərabərliyi təşviqetmək və aztəminatlı ailələrdən olan qızların ali təhsilə çıxışınıgenişləndirməkdir. Bu təşəbbüs gənc qadınların cəmiyyətəinteqrasiyasını və peşəkar inkişafını dəstəkləyir. Eyni zamanda,Fondun həyata keçirdiyi digər bir təşəbbüs – “Parla” təqaüd vəinkişaf proqramına 2023–2025-ci illəri əhatə edən dövrdə ümumilikdə1465 müraciət daxil olub, onlardan yalnız 100 nəfər proqramdanfaydalanmaq imkanı qazanıb. Seçilənlər arasında 5 nəfər şəhidailəsi üzvü, şəhid yoldaşıdır. Hazırda 14 nəfər proqram məzunu varvə onlardan 4-ü artıq işlə təmin olunub”.
E.Nəsibov, həmçinin vurğulayıb ki, Fondun icra etdiyi bu cürsosial yönümlü təşəbbüslərdə özəl sektorun dəstəyi mühüm roloynayır.
Sonra şəhid Elşad Həsənovun həyat yoldaşı Aksana Həsənova çıxışedərək “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əminaddımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının məzunuolduğunu vurğulayaraq göstərilən dəstəyə görə Dövlət Komitəsinə,həmçinin Elm və Təhsil Nazirliyinə minnətdarlığını bildirib.
Tədbirdə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsindəməzun olan qızlar mükafatlandırılıb.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib.