RU

Çoxmərtəbəli binalarla bağlı yenilik vətəndaşların xərclərinə necə təsir göstərəcək?

Azərbaycanda gələcəkdə çoxmərtəbəli binalarda qaz təchizatının dayandırılması nəzərdə tutulur. Bunun üçün yeni qanun lahiyəsi hazırlanır. Energetika nazirinin müavini Elnur Soltanov bir müddət öncə Milli Məclisdə “İstilik təchizatı haqqında” yeni qanun layihəsi ilə bağlı keçirilən dinləmələr zamanı bildirib ki, yeni qanunun qəbulundan sonra çoxmərtəbəli binalara təbii qaz daxil olmayacaq və bununla da həmin binalarda daha təhlükəsiz mühit yaranacaq.

Amma çoxmərtəbəli binalara qaz təchizatının dayandırılması və istilik sisteminin qurulmasının əlavə xərclərə səbəb olacağı qaçılmazdır və eyni zamanda bu, vətəndaşların elektrik enerjisindən istifadəsini artıracaq.

Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, Bakıda onsuz da qaz təchizatı həyata keçirilməyən bir sıra binalar mövcuddur ki, onlar üçün də infrastruktur əvvəldən qurulur:

“Yəni həmin  binaların qazanxana sistemi olur, isti su təchizatı həyata keçirilir. Amma Bakıda 80 faizdən artıq binalarda bu sistem yoxdur. Bu sistemin qurulması şirkətlər üçün əlavə xərc tələb edir. Bunun üçün əlavə isti su xətləri təmin olunmalıdır, otaqların qızdırılması üçün istilik şəbəkəsi qurulmalıdır, qazanxana sistemi qurulmalıdır”.

Mütəxəssis hesab edir ki, bütün bunlar əlavə vəsaitin təmin edilməsini tələb edəcək: “Bakıda bu tipli mənzillər premium sinifə aid olan mənzillərdir. Onların əksəriyyətində mənzillərin qiyməti daha bahadır. Gələcəkdə yeni tikilən binalarda da bu sistemin qurulması təbii ki, qiymətlərə də təsir edəcək. Mətbəxdə isə qaz elektriklə əvəz ediləcək ki, bu da elektrik xərclərinin artmasına təsir göstərəcək”.   

Ekspert söyləyib ki, gələcəkdə bu sistem həyata keçirilərsə, bu, insanların rahatlığını və təhlükəsizliyini artıracaq. Eyni zamanda mövcud binalarda bu sistemin qurulması üçün uzun zaman tələb olunacaq.

Избранный
26
29
valyuta.az

10Источники