Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “Lada” markalı nəqliyyat vasitəsinin sürücüsü Üzeyir Şirinov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Operativ Media-ya bildirilib ki, müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.
Məhkəmənin qərarı ilə Ü.Şirinov inzibati qaydada 15 sutka həbs edilib və sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılıb.