RU

İdeal olmasa da, yaxşı qələbədir Cud Bellingem

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Klublararası dünya çempionatında "Paçuka"nı 3:1 hesabı ilə məğlub edən "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, komandasının qollarından birinə imza atan futbolçunun sözlərini ESPN belə çatdırıb:

"Asensio qovulandan sonra işimiz çətin oldu. O, gənc müdafiəçidir. Burada pis nəsə yoxdur. "Paçuka" ilə oyun bizim üçün xarakter və liderlik keyfiyyətlərimizi göstərmək fürsəti idi. Baş məşqçi heyətdə dəyişikliklər etmişdi. Meydana çıxan hər futbolçu özünü ən yaxşı tərəfdən göstərməyə çalışdı.

"Paçuka"nın da qol imkanları az olmadı, amma qapıçımız Tibo Kurtua möhtəşəm performansla yadda qaldı. İdeal olmasa da, yaxşı qələbədir".Xatırladaq ki, Raul Asensio matçın 7-ci dəqiqəsində qırmızı vərəqə alaraq "Real"ı azlıqda qoyub.

Nihat 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
1
fanat.az

2Источники