RU

Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını qınayıb

Bakı. Trend:

Qərbi Azərbaycan İcması İslam Əməkdaşlıq Təşkilatı NazirlərŞurasının Qərbi Azərbaycan məsələsi ilə bağlı İstanbulda qəbuletdiyi qərarlara münasibətdə Ermənistan Xarici İşlər Nazirliyininiyunun 23-də verdiyi bəyanatı sərt şəkildə qınayır.

Bu barədə Trend-əQərbi Azərbaycan İcmasından bildirilib.

Bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyi sözügedənbəyanatında Qərbi azərbaycanlıların Ermənistandan guya könüllüköçdüklərini, Ermənistan tərəfindən onlara kompensasiya ödəndiyinivə bu ölkədəki Azərbaycan mədəni irsinin qorunduğunu iddiaedir.

Ermənistandan zorla çıxarılmış azərbaycanlıları özündəbirləşdirən Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin bubəyanatının başdan-başa yalan olduğunu bildirir.

Azərbaycanlıların Ermənistandan bu ölkənin hakimiyyətorqanlarının birbaşa iştirakı ilə, zor tətbiq etməklə çıxarılmasıhamıya məlum olan faktdır. Sonuncu deportasiya dalğasındaazərbaycanlıların əksər hissəsinin – 300 minə yaxın insanın 1988-ciilin noyabr ayının sonu, dekabr ayının əvvəlində cəmi bir həftəərzində öz evlərini tərk edib Azərbaycana qaçmağa məcbur qalmaları,bu proses zamanı 216 nəfər azərbaycanlının qətlə yetirilməsi buköçün zorakı deportasiya olmasını sübut edir. Ermənistanın keçmişprezidenti Levon Ter-Petrosyanın azərbaycanlıların Ermənistandanqovulmasını “tarixi uğur” kimi təqdim etməsi, sözügedən faciəninErmənistanın dövlət siyasəti olduğunu göstərir.

Qayıdış hüququndan imtina müqabilində “kompensasiya” ödənilməsibarədə iddiaya gəlincə, qeyd edək ki, ilk dəfə Ermənistanın Başnaziri səviyyəsində 2023-cü ilin avqust ayında irəli sürülmüş buyalanla bağlı Ermənistan tərəfi hələ də bir sübut ortayaqoymayıb.

Ermənistan ərazisindəki müsəlman irsi ilə bağlı qeyd edək ki, buölkə ərazisində dövlət qeydiyyatına alınmış 269 məsciddən 268-i,700-ə yaxın məzarlıq isə yer üzündən silinib.

Ermənistan hökumətinin yalana söykənərək qayıdış hüququmuzuinkar etməsi, dialoqdan yayınması bu ölkənin sülh və barışıqniyyətində olmadığını göstərir. Ermənistanın hazırkı hökuməti Qərbiazərbaycanlıların qayıdış hüququnu inkar etməklə əvvəlkihökumətlərin siyasətlərini davam etdirir.

Qərbi Azərbaycan İcması bir daha bəyan edir ki, haqq-ədalətin özyerini tutması, öz ata-baba yurdlarından zorla çıxarılmış Qərbiazərbaycanlıların öz evlərinə qayıtması, dağıdılmış mədəni irsinbərpası və insanlıq əleyhinə cinayət törədənlərin məsuliyyətə cəlbolunması üçün səylərini davam etdirəcək.

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistanhökumətinə destruktiv siyasətindən əl çəkməsi üçün təzyiqgöstərməyə, bütün dövlətləri, beynəlxalq təşkilatları ErmənistanXarici İşlər Nazirliyinin 2025-ci il iyunun 23-də verdiyi sözügedənbəyanatını bu dövlətin irqi ayrı-seçkilik siyasətini sübut edəndəlil kimi pisləməyə çağırır.

Избранный
8
18
az.trend.az

10Источники